Tramp may ayında ikinci dəfə Yaponiyaya səfər edəcək

Tramp may ayında ikinci dəfə Yaponiyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp 26-28 may tarixlərində Yaponiyaya işgüzar səfərə yollanacaq.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın rəsmi dairələri məlumat yayıb.

Səfərin işgüzar xarakteri daşımasına baxmayaraq, Tramp Yaponiyanın yeni imperatoru Naruxito ilə də görüşəcək.
Səfər çərçivəsində ABŞ prezidentinin Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacağı bildirilib.

Qeyd edək ki, D.Trampın bu ölkəyə son səfəri 2017-ci ilin noyabrında baş tutmuşdu.

Açar sözlər
Donald Tramp , Tass , Abş , Yaponiya
Siyasət xəbərləri
Musavat.com digər xəbərlər