"Tramp məğlub oldu" Evo Morales

"Tramp məğlub oldu" Evo Morales

Boliviyanın prezidenti Evo Morales bəyan edib ki, amerikalıların lideri Donald Tramp Venesueladakı dövlət çevrilişi cəhdində məğlub olub. SİA xəbər verir ki, Morales bir sıra hökumətlərin Venesuelada baş verənlərdən vaxtından əvvəl nəticə çıxardıqlatına da təəssüf etdiyini bildirib. “Təəssüf ki, ayrı-ayrı hökumətlər yanlışlığa yol verərək, Trampı dəstəkləyirlər”, deyə boliviyalıların siyasi lideri bildirib və qeyd edib ki, Venesuela xalqı suverenliyə və sülhə bağlı olduğunu nümayiş etdirib.

Bu arada, Venesuelanın prezidenti Nikolas Maduro öz növbəsində bildirib ki, ABŞ-ın onun müdafiə nazirinin, eləcə də Ali məhkəmə sədrinin və prezident qvardiyası komandanının müxalifətçilərə dəstək verməsi barədə bəyanatı yalandır.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton təsdiq edirdi ki, Venesuelanın müdafiə naziri və digər bir sıra yüksək çinli dövlət məmurları, siyasi fiqurlar Maduronun getməsinin tərəfdarı olduqlarını deyiblər.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə iddia etmişdi ki, Maduro ölkəni tərk edib, Kubaya qaçmağa hazırlaşırdı. Lakin Rusiyanın siyasi və güc çevrələri onu bu addımından imtina etdirməyə nail olublar.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər