Tramp OPEC-ə zəng vurdu və neftin qiymətini aşağı salmağı tələb etdi

Tramp OPEC-ə zəng vurdu və neftin qiymətini aşağı salmağı tələb etdi

OPEC-ə neft qiymətini aşağı salmaları üçün müraciət etdim.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Neftin qiyməti aşağı düşəcək. OPEC-ə müraciət etdim və neftin qiymətini aşağı salmalarının vacibliyini söylədim”, - deyə D.Tramp bildirib.

ABŞ Prezidentinin bu açıqlamasından sonra neftin qiyməti təxminən 2,5 faiz ucuzlaşıb. Hazırda “Brent” markalı xam neftin bir bareli Londonun ICE birjasında 71,83 dollara, “Light” neftinin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 62,91 dollara alıcı axtarır.

Qeyd edək ki, günün əvvəlində “Brent” neftinin qiyməti 75 dollar/barel, “Light”ın qiyməti isə 65 dollar/barel idi.

AzərTAc xatırladır ki, ümumiyyətlə neftin qiyməti 2015-ci ildən indiyədək ən böyük həftəlik artım tempinə yönəlmişdi. Neftin qiyməti qlobal bazarda tədarük çatışmazlığına dair narahatlıqlar, İranda ixracın geriləməsi, ABŞ-da isə ehtiyatların artması, eləcə də OPEK+ koalisiyasının istehsalı azaltması, Venesuela və Liviyada hasilatdakı axsaqlıqlar fonunda bahalaşırdı.

Belə ki, ötən rübdə neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə isə bu il “qara qızıl”ın qiyməti təxminən 43 faizdən çox artıb.

Açar sözlər
Donald Tramp , Iran , Abş , Nyu-York , London
İqtisadiyyat xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:52 - Report.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul(IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev(IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilib): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı–Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Virtualaz.org digər xəbərlər