Tramp prezidentliyə iddialı olan Co Baydenə belə replika atdı:"Yuxulu Co, bu, xoşagəlməz olacaq"


Trampprezidentliyə iddialı olan Co Baydenə belə replika atdı:"Yuxulu Co, bu, xoşagəlməz olacaq"

ABŞ Prezidenti Donald Tramp sabiq vitse-prezidentCo Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi qərarını şərh edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Prezidentlik yarışına xoş gəldin, Yuxulu Co”, – Tramp yazıb.

O, Baydenin müvəffəqiyyətli kampaniya aparmaq üçün uzun müddət sual altına alınan kifayət qədər intellektual bacarıqlara malik olduğuna ümid etdiyini vurğulayıb.

“Bu, xoşagəlməz olacaq. Siz həqiqətən çox xəstə və ağlasığmaz ideyaları olan insanlarla işləyəcəksiniz”, – Tramp bildirib/Report.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

26-04-2019 15:33 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.