Tramp Türkiyəyə niyə gəlir? - “S-400 məsələsində müsbət irəliləyişə nail olunarsa...” - Politoloq


Tramp Türkiyəyə niyə gəlir? - “S-400 məsələsində müsbət irəliləyişə nail olunarsa...” - Politoloq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp prezident kimi Türkiyəyə ilk səfərini edəcək.

Türkiyə mətbuatının yazdığına görə səfər bu ilin iyul ayında baş tutacaq. Səfərdən öncə isə daha dəqiq desək 29 apreldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Tramp arasında telefon danışığı olub. Trampın Türkiyəyə rəsmi səfərə getməsi isə iki ölkə arasında mübahisəli olan məsələləri yenidən gündəmə gətirir. Belə ki, hələ də ABŞ-Türkiyə arasında mübahisə məsələsi olaraq qalan F-35 və S-400-lərin taleyinin necə olacağı məsələsidir. Bundan əlavə 2015-ci ildə Türkiyədə dövlət çevrilişi etməkdə şübhəli bilinən FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ABŞ-dan qaytarılması məsələsi də iki ölkə arasında mübahisə predmeti olaraq qalır.

Maraqlıdır, Trampın Türkiyə səfərində bu məsələlərə aydınlıq gətirilə bilərmi?

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələlərdə hər şey artıq həll olunub:

“Əgər ABŞ-Türkiyə arasında S-400 məsələsində müsbət irəliləyişə nail olunarsa, o, zaman F-35-lər əvvəlki razılaşdırılmış qaydada Türkiyəyə təhvil veriləcək. Yox, əgər Türkiyə S-400-ləri almaqda israrlı olacaqsa, ABŞ-la danışıqlarda müsbət irəliləyişə nail olunmayacaqsa, o zaman F-35-lər də verilməyəcək”.

FETÖ məsələsinə gəlincə isə politoloq bu məsələnin gündəmdə olmadığını deyib: “FETÖ məsələsi müzakirə mövzusu deyil. ABŞ-ın gündəmində FETÖ məsələsi artıq yoxdur”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 12