Tramp Zelenskiyə zəng vurdu- Təfərrüatlar hələ məlum deyil...

Tramp Zelenskiyə zəng vurdu- Təfərrüatlar hələ məlum deyil...

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada dünən keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.


Bu barədə mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri bildirib.


"ABŞ prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub", - deyə nəşr namizədin qərargahındakı mənbələrə istinadən bildirib.


Qeyd edilir ki, Tramp danışığın gedişatında Zelenskini parlaq qələbə münasibətilə təbrik edib.


Məlumata görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar hələ məlum deyil.


Hər iki ölkənin rəsmi orqanları danışıqların olub-olmaması barədə məlumat yaymayıb.


Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb.("Report")

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər