Trampın müşaviri: Fed faiz endiriminə doğru hərəkət edir

Trampın müşaviri: Fed faiz endiriminə doğru hərəkət edir

ABŞ Prezidenti Donald Trampın iqtisadi müşaviri Larry Kudlow (Lari Kudlou), Fed-in faiz endiriminə doğru hərəkət etdiyini düşündüyünü söyləyib.

Kudlow, "Newsmax" televiziyasına verdiyi açıqlamasında, "Bu mənim fikirimdir. Federal maliyyələşmə faizi (Fed-in faizi) bir az yuxarıdır. Fed-in faiz endirməyə doğru hərəkət etdiyini hesab edirəm" deyib.

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

Kudlow, Trampın Fed üzvlüyü üçün namizəd göstərməyi düşündüyü Stephen Moore-un (Stiv Mur) namizədlikdən çıxmaq planı olmadığını sözlərinə əlavə edib.

Kudlow, "Steve namizəd olaraq qalmağa davam edir. FBI və buna bənzər proseslərdən keçir. Sonra Senatın Bank Komitəsinin qarşısına çıxacaq" deyib.


TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Kudlow, digər tərəfdən, ABŞ iqtisadiyyatının birinci rübdəki böyüməsinin 3%-ə çox yaxın olduğunu bildirib.

Siyasət xəbərləri
Marja.az digər xəbərlər