Trampın Yaxın Şərq siyasəti dəyişir -

Trampın Yaxın Şərq siyasəti dəyişir -

ABŞ mediası Prezident Donald Trampın Liviya ordusunun komandanı, general Xəlifə Haftara dəstəyinin səbəblərini araşdırır.

Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” qəzeti ABŞ Dövlət Departamenti Liviyada tərəfləri dialoqa dəvət edərkən Prezident Trampın BMT tərəfindən rəsmən tanınan Liviya Milli Birlik Hökumətinə qarşı hərəkətə keçdiyini iddia edir.

Buna misal olaraq ötən həftənin cümə günü Donald Trampın Xəlifə Haftarla telefon əlaqəsi qurduğu, Milli Birlik Hökumətinə qarşı generalı dəstəklədiyi göstərilir.

Qəzetin iddiasına görə, Trampın bu həmləsi sələfi Obama administrasiyasından qalma Milli Birlik Hökuməti vasitəsilə Liviyada həll variantının gündəmdən çıxarır.

“Vaşinqton Post”a görə, Haftar Rusiya və Fransa da daxil bir sıra ölkələrlə gizli müttəfiqlik əlaqəsi saxlayır.

İddia edilir ki, Donald Trampın Xəlifə Haftarla telefon müzakirəsindən əvvəl Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayedlə danışması təsadüfi deyil. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir də general Haftarı ciddi şəkildə dəstəkləyir.

“Vaşinqton Post” yazır ki, Tramp 2011-ci il “Ərəb baharı” dalğasının radikal hərəkətlərə zəmin hazırladığı düşüncəsinə dəstək verir. ABŞ lideri bu mövzuda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla əməkdaşlıq edir və Yaxın Şərqdə demokratik islahatlar fikrindən uzaqlaşır.

Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər