“Trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılacaq” - Bakı Şəhər Halqasından qəza açıqlaması

“Trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılacaq” - Bakı Şəhər Halqasından qəza açıqlaması

“Nəzərinizə çatdırmaq istərdik ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır”.

Moderator.az xəbər verir ki, bu barədəModern.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı baş verən qəza ilə bağlı bildirilib.

Bildirilib ki, hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işlənilir:

“Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək. Yeniliklər olduqca sizi tezliklə məlumatlandıracağıq”.

Xatırladaq ki, bu gün “Williams” komandasının üzvü Corc Rassel Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü yarımçıq saxlayıb.

Buna səbəbC.Rasselin idarə etdiyi bolidin qəzaya uğramasıdır.

Bolid dərhal trasdan kənarlaşdırılıb və C.Rassel sərbəst yürüşü dayandırıb.

Açar sözlər
Beynəlxalq Avtomobil Federasiyası , Socar , Azərbaycan , Bakı
İdman xəbərləri
Moderator.az digər xəbərlər