Trüdo və Abe Kanada ilə Yaponiya arasında hərbi əməkdaşlığı müzakirə edəcəklər

Trüdo və Abe Kanada ilə Yaponiya arasında hərbi əməkdaşlığı müzakirə edəcəklər

Kandanın baş naziri Castin Trüdo və Yaponiyanın baş naziri Şinzo Abe iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalına Yaponiyanın səfiri Kimihiro İşikane bildirib.

Onun sözlərinə görə, Ottava və Tokio müdafiə sahəsində sıx əməkdaşlıq edə, həmçinin Asiya-Sakit Okean regionunda birgə təlimlərin keçirə bilərlər.

Qeyd edək ki, C.Trüdo və Ş.Abe 27-28 aprel tarixlərində Kanadanın paytaxtı Ottavada görüşəcəklər.

Siyasət xəbərləri
Cia.az digər xəbərlər