Tükürpədən hadisə: yerin altından səslər gəlir - FOTO

Tükürpədən hadisə: yerin altından səslər gəlir - FOTO

Cənub-şərqi Asiya ölkəsi olan Filippin adalarında ötən gün meydana gələn 6,1 bal gücündəki zəlzələdən sonra tələfat gün keçdikcə artmaqdadır.

Sonxeber.az xəbər verir ki, yeraltı təkanlardan sonra ölənlərin sayı 11-ə çatıb.

Pambanqa şəhərinin valisi Liliya Pineda jurnalistlərə verdiyi açıqlamada dağıntılar altından səslər gəldiyini deyib. Dağıntılar altında qalan 30 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyini qeyd edib.

Qeyd edək ki, paytaxt Manilada meydana gələn zəlzələdən sonra ən az 52 afterşok qeydə alınmış, şəhərdəki hotellər, alış-veriş mərkəzləri təxliyə olunmuş, metronun fəaliyyəti dayandırılmışdı.

"Sakit okean odlu dairəsi" zəlzələ və vulkan qurşağında yerləşən Filippin adaları təbii fəlakətdən ən çox əziyyət çəkən ölkələrdən biridir. (publika.az)

Açar sözlər
Filippin , Lil , Manila
Hadisə xəbərləri
Sonxeber.az digər xəbərlər