Tural Gəncəliyev: “Erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”

Tural Gəncəliyev: “Erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”

Bu gün erməni təbliğat maşını erməni icmasının mövcudluğdan danışaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

O bildirib ki, hazırda icmanın nüfuzunun beynəlxalq aləmdə artırılması istiqamətində işlər davam etdirilir:

"Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq fəaliyyətimizi iki əsas istiqamətdə qurmuşuq. Beynəlxalq aləmdə və ölkədə işimizi intensiv şəkildə artırmağa çalışırıq. Biz erməni yalanlarını ifşa edəcəyik.

BMT, ATƏT Minsk qrupunun nümayəndələri ilə görüşlər keçirmişik. Münaqişənin sülh yolu ilə həllindən sonra öz doğma torpaqlarımıza geri qayıtmaq istəyirik. Zərərçəkən biz olmağımıza baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ermənilərlə birlikdə yaşamağa hazırıq. Qurumun nüfuzunun artırılması istiqamətində Qərb və Türkiyə media nümayəndələri ilə görüşlərimiz olub".

T.Gəncəliyev bildirib ki, sosial şəbəkələrdə gənclər də bu işə aktiv cəlb olunmalıdır:

"Bu proses erməni təbliğat maşınına qarşı mübarizədə öz töhfəsini verə bilər. İndi sosial şəbəkə istifaədçiləri tərəfindən çəkilən hər hansı video-çarx, audio-yazı daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram".

Açar sözlər
Tural Gəncəli , Atət , Bmt , Minsk Qrupu , Dağlıq Qarabağın Azərbaycanlı Icması , Qərb Və Türkiyə Media , Azərbaycan
Siyasət xəbərləri
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib FOTOLAR

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib FOTOLAR

24-04-2019 18:17 - Sia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyatakeçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Virtualaz.org digər xəbərlər