Turistlər valyutanı harada dəyişsin?- Bakının daha bir probleminə ƏLAC


Turistlər valyutanı harada dəyişsin?- Bakının daha bir probleminə ƏLAC

Valyuta dəyişmə məntəqələrinin bərpa olunması ilə bağlı qərarda 2 il keçməsinə baxmayaraq, hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur.

İqtisadçı-ekspert Ruslan Atakişiyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu hal turizmin inkişafına zərbə vurur. Ruslan Atakişiyevin sözlərinə görə, mübadilə xidmətləri üçün bankomatlara yaınlaşmaq kifayətdir, sadəcə texniki imkanları genişləndirmək yaxşıdır:

“İndiki vəziyyətdə bankomatlarda mübadilə etmək mümkündür. Xarici valyutanı bankomata daxil edib milli pulu almaq olur. Bunun üçün hər hansı bank və mübadilə mərkəzinin olmasına ehtiyac yoxdur. Sadəcə bu cür texniki imkanları genişləndirmək lazımdır. Bakı və onun ətraf ərazilərində 14.000-dən çox valuta dəyişmə məntəqələrinin çox hissəsi ayrı-ayrı fiziki şəxslərə aid idi. Ölkədə həyata keçirilən maliyyə siyasəti ilə əlaqədar onların fəaliyyəti dayandırılmış və bunu hal-hazırda yalnız banklar həyata keçirir və lisenziya əsasında həmin fəaliyyətin təzədən həyata keçirilməsi düşünülür. Hesab edirəm ki, burada turizm və digər mühüm məsələləri öndə tutaraq bu fəaliyyəti həyata keçirmək mümkün olar. Hazırki dövrdə bu məntəqələrin olmaması təbii olaraq, çətinlik yaradır, xüsusilə də ucqar rayonlarda, rayon ərazilərində hotellər var ki, orada pulu dəyişmək istədikdə bildirirlər ki, banka müraciət etmək lazımdır. Bəzi banklar bir sıra regionlarda yerləşən hotellərin içərisində öz exchange və ya mübadilə məntəqələrini açmağa heç maraq göstərmirlər. Nəticədə turist pul dəyişmək üçün məcbur olub rayon mərkəzinə gedir və təbii ki, bu onun həm vaxtını alır, həm də əlavə xərcə səbəb olur. Bütün bunlar isə onun yenidən ölkəyə gəlməsi ilə bağlı qərarına təsir göstərir. Ona görə hesab edirəm ki, bu məsələdə turistlərin rahatlığı nəzərə alınmalıdır. Lakin bir şeyi də qeyd edim ki, indiki vəziyyətdə bankomatlarda mübadilə etmək mümkündür. Xarici valyutanı bankomata daxil edib milli pulu almaq olur. Bunun üçün hər hansı bank və mübadilə mərkəzinin olmasına ehtiyac yoxdur. Sadəcə bu cür texniki imkanları genişləndirmək lazımdır. Banklar bağlı olsa belə, hotellərdə , bankomatlarda dollar dəyişmək, mübadilə xidmətləri vardır və yazılar ingilis dilində göstərildiyi üçün dili bilməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, 2016-ci ilin əvvəllərində valyuta dəyişmə məntəqələri ləğv edilib. Valyutadəyişmə məntəqələrinin təzədən fəaliyyətini bərpa edilməsi barədə isə 2017-ci ildə Milli Məclisin plenar iclasında “Valyuta tənzimi haqqında” qanunun müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 100