“Türk Konseyi vacib beynəlxalq quruma çevrilib” – Prezident Əliyev

“Türk Konseyi vacib beynəlxalq quruma çevrilib” – Prezident Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Turkustan.info xəbər verir ki, Prezident İlham Əlyev Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması ilə əlaqədar 10 il bundan əvvəl Naxçıvanda keçirilmiş əlamətdar Zirvə görüşünü məmnunluqla xatırlayaraq, ötən müddət ərzində bu təşkilatın gücləndiyini və vacib beynəlxalq quruma çevrildiyini vurğuladı.

Təbrikə görə minnətdarlığını bildirən Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 il əvvəl məhz türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulduğu Naxçıvanda, Azərbaycan torpağında təsis edilməsinin bu təşkilata xüsusi mahiyyət verdiyini diqqətə çatdırdı. Qonaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu Zirvə toplantısının da Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Bağdad Amreyev təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevə gələcək fəaliyyətində uğurlar arzuladı və ölkəmizin bu təşkilatın 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi edəcəyini dedi.

107 Baxılıb

Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Azərbaycan Respublikası , Naxçıvan , Bağdad , Turku
Siyasət xəbərləri
"Azərbaycan gəncliyinə nümunə olası oğullarım" - Prokuror Məmməd Əliyev VİDEO - FOTOLAR

"Azərbaycan gəncliyinə nümunə olası oğullarım" - Prokuror Məmməd Əliyev VİDEO - FOTOLAR

17-04-2019 18:24 - Sia.az - Siyasət
SİA-ya Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, general Səməd bəy Mehmandarov qızıl medalı mükafatçısı Məmməd Əliyevin verdiyi məlumata görə, korrupsiyaya qarşı mübarizə tədbirindəki bölmə iclaslarında Rusiya Federasiyası Baş Prokurorunun müavini Aleksandr Emmanuiloviç Buksman, Avropa Şurasının Hüququn Aliliyi və İnsan Haqları direktorluğunun Baş direktoru Yakumopolos Xristos, Ölkələr Korrupsiyaya qarşı Qrupunun prezidenti Mrçela Marin, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti, Azərbaycan Respublikası Baş prokurorunun müavini, BPA-nın Antikorrupsiya şəbəkəsinin rəhbəri Kamran Əliyev, Rusiya Prezidenti yanında Korrupsiyaya Qarşı İdarənin rəis müavini Aleksandr Aleksandroviç Anikin, Yunanıstan Respublikası Ali Məhkəməsinin Baş prokuroru Dnitriou-Vasilopulu Rsent, Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin müavini Vladimir Aleksandroviç Davıdov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin antikorrupsiya əməkdaşlığı üzrə xüsusi səfiri Andrey Levonoviç Avetisyan, peşəkar hüquqşünas, hazırda aspirantura pilləsində təhsilini davam etdirən Heydər Əliyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq və Avropa Birliyi hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru Cavanşir Əliyev və digər qardaşı, tələbə-hüquqşünas Ağalar Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Turkustan.info digər xəbərlər