Dekabrın 6-da Azərbaycanda COVID-19 əleyhinə 307 doza vaksin vurulub
06-12-2022 23:35
- Turk.az - İqtisadiyyat
Dekabrın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 307 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 77, ikinci doza vaksinlərin sayı 60, üç və daha çox doza vaksinlərin sayı 136, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 34-dür.