Xəzər dənizinin Azərbaycan bölməsində suiti cəsədləri aşkarlanıb
07-12-2022 23:20
- Turk.az - İqtisadiyyat
Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Trend-ə bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.