Türkiyə Ege dənizində hərbi təlimlərə başladı


Türkiyə Silahlı Qüvvətləri tərəfindən Ege dənizində axtarış-xilasetmə təlimləri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimin məqsədi Türkiyə Silahlı Qüvvətlərinin bu istiqamətdəki fəaliyyətini təkmilləşdirmək, birlik və koordinasiyasını yüksəltməkdir.

Sakız və Midilli adaları arasında təşkil olunan təlimlərdə 16-sı müxtəlif 8 ölkədən olmaqla, ümumilikdə, 66 müşahidəçi iştirak edib. On iki istiqamətində aparılan təlimlərdə iki toqquşan gəmidə, batan balıqçı qayığında və yanan yük gəmisində xilasetmə tədbirləri həyata keçirilib.

Təlimlərin ikinci hissəsi İzmir şəhərinin Menemen bölgəsində yerləşən Dumanlı Dağ ərazisində həyata keçiriləcək.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər