Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib

Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr Kərkük, Zap, Avaşin-Basyan və Kandil rayonlarına endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.(Trend.az)

loading...

Siyasət xəbərləri
Pia.az digər xəbərlər