Türkiyə ilə Azərbaycan birgə vaqon istehsalına nə vaxt başlayacaq?

Türkiyə ilə Azərbaycan birgə vaqon istehsalına nə vaxt başlayacaq?

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) tərəfindən istehsal olunan 150 yük vaqonu hazırda BTQ dəmir yolu xəttində yükdaşıma həyata keçirir.


"Marja"nın məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, indi isə Azərbaycan və Türkiyə birgə vaqon istehsalı zavodu inşa edəcək və həmin vaqonlar məhz BTQ xəttində işləyəcək: "Bununla bağlı rəhbər şəxslərimiz həmkarları ilə görüşüb. Zavodun tikintisinə texniki dəstək Türkiyə tərəfindən göstəriləcək. Həmçinin zavodda istifadə olunacaq avadanlıqları da Türkiyə təmin edəcək. Hazırda işlər layihələndirmə mərhələsindədir.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Bundan əlavə, xüsusilə Türkiyə-Azərbaycan arasında istismar olunacaq vaqonların TÜDEMSAŞ tərəfindən istehsal olunması məqsədilə işlərə başlanılıb. Bu çərçivədə Azərbaycandan bir ədəd EA tipli vaqonlar alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İki ədəd prototip istehsalı planlanlaşdırılır və cari il ərzində işlərin tamamlanması nəzərdə tutulur. Azərbaycan tərəfindən 600 vaqona ehtiyacın olduğu bildirilib".

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər