Türkiyə mediası İlham Əliyevin Allahşükür Paşazadə ilə bağlı sərəncamından yazdı

Türkiyə mediası İlham Əliyevin Allahşükür Paşazadə ilə bağlı sərəncamından yazdı

Türkiyə mətbuatı Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 illik, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi barədə imzaladığı sərəncamla bağlı məqalə dərc edib.


Məqalədə qeyd olunur ki, bu sərəncamlar Azərbaycan Prezidentinin bütün dünyaya elan etdiyi tolerantlıq siyasətinə sadiqliyini bir daha təsdiq etməklə yanaşı, dövlət və din münasibətlərinin uğurlu tənzimlənməsinin bir mesajı sayıla bilər.


Şeyxülislamın keçmiş SSRİ-dən bu yana fəaliyyətinə işıq salan məqalədə vurğulanır ki, sovet ateizm siyasətinin sərt təpkilərinin bütün ağırlığını yaşamış A.Paşazadə sovet Azərbaycanında dini təhsil almış 16 nəfərdən biri olub.


Yazıda deyilir ki, milli və mənəvi köklərin yenidən baş qaldırması yolunda böyük səy göstərən A.Paşazadə sovet hakimiyyətinin bütün basqılarına rəğmən, islamın Qafqazda dirçəlməsi üçün töhfələrini verib.


Məqalədə daha sonra vurğulanır ki, 1988-ci ildə erməni separatçılarının fitvası ilə başlanan Qarabağ münaqişəsi ilə bağlı Allahşükür Paşazadənin tutduğu qətiyyətli mövqe QMİ-ni də bu ictimai-siyasi həyatın aparıcı fiquruna çevirdi.


1990-cı ilin 20 yanvarında sovet ordusunun Bakıda törətdiyi qanlı qırğını xatırladan yazıda bildirilir ki, Allahşükür Paşazadənin bununla bağlı Moskvanı, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən sərt bəyanatı bütün dünyada böyük rezonans doğurmuşdu.


Məqalədə deyilir ki, öz fəaliyyəti ilə Qafqazda dini tolerantlığın simvoluna çevrilən A.Paşazadə bununla da islam dünyasında və dünya çapında nüfuz qazana bilib.(modern.az)


https://www.pusulatr.com/haber_20934_aliyevden-seyhulislam-allahsukur-pasazadenin-70dogum-yilina-ozel-genelge.html?fbclid=IwAR061zZX2hU_0vIE1zqDV43-IN5dbnQHF3u9rDMzMFpz5cIeR_SAkUcei0E

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri açıqlandı

I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri açıqlandı

02-05-2019 12:36 - Moderator.az - Mədəniyyət
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:I ixtisas qrupu üzrə:- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;- “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ),BakıMühəndislik Universiteti vəBakıAli Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:- Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.