Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ DAHA DA UCUZLAŞDI

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ DAHA DA UCUZLAŞDI

Türkiyə Mərkəzi Bankı (TCMB) Aprel ayı iclasının qərarını açıqladı.


"Marja" xəbər verir ki, Bankın İdarə Heyəti gözələnildiyi kimi faiz dərəcəsini dəyişmədi və 24 faiz səviyyəsində saxladı.


"Bloomberg"in sorğusuna qatılan 20 mütəxəssisin 1-i istisna olmaqla qalanları pul siyasəti faizinin sabit saxlayacağını gözləyirdi.

İqtisadçılar, inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığınqiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirdilər.

LİRƏ UCUZLAŞDI

Mərkəzi Bankın qərarından sonraDollar/Türk Lirəsi məzənnəsi 1,8% artımla 5.9801səviyyəsini görüb (Lirə ucuzlaşıb, Dollar bahalaşıb).

Mərkəzi Bankın açıqlamasında, sərt pul siyasətinin inflyasiyada əhəmiyyətli yaxşılaşma təmin olunana qədər davam edəcəyi qeyd olunub, ancaq "ehtiyac halında əlavə sərt tədbir görüləcək" ifadəsi mətndən çıxarılıb. Bu ifadənin mətndən çıxarılması Türk Lirəsinin ucuzlaşmasına səbəb olub. Bu, Mərkəzi Bankın bu il faiz endirə biləcəyinə işarədir.

Açıqlamada bu ifadələrə yer verilib;



"Son dövrdə açıqlanan rəqəmlər iqtisadiyyatdakı sabitləşmə tendensiyanın davam etdiyini göstərir. Xarici tələb nisbətən gücünü qoruyur, maliyyə şəraitlərinin sərt olmasının (faizlərin yüksək olmasının) da təsirilə iqtisadi fəaliyyət ləng səviyyədə qalmaqdadır. Cari balansda yaxşılaşma tendensiyasının davam etməsi gözlənilir.

Daxili tələbata bağlı olaraq inflyasiya göstəricilərində bir miqdar yaxşılaşma müşahidə olunur. Bununla yanaşı, ərzaq qiymətləri və idxal xərclərindəki artımlar inflyasiya üçün risklərin davam etdiyini göstərir. Bu çərçivədə İdarə heyəti, inflyasiyada açıq bir yaxşılaşma təmin olunana qədər (inflyasiya azalana qədər) sərt siyasətin qorunmasına qərar vermişdir.

Mərkəzi Bankqiymət sabitliyi olan əsas məqsədi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir".

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Reyting"2019-da Türkiyə Mərkəzi Bankının faizi 400 bənd endirəcəyini gözləyir. Ancaq quruma görə, TL-nin daha çox zəifləməsi və daha sərt xarici maliyyələşmə şərtləri Bankın faiz endirməyitəxirə salmasına səbəb ola bilər.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər