Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq - LİRƏ UCUZLAŞIR

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq - LİRƏ UCUZLAŞIR

Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.

"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə Mart ayı toplantısındafaiz dərəcəsini 24%-də saxlamış, inflyasiyada yaxşılaşma olana qədər (azalana qədər) sərt pul siyasətinin qorunacağını vurğulamışdı.


İqtisadçılar inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığınqiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirlər.


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

Son dövrdə, xüsusən seçkidən əvvəl maliyyə bazarlarda meydana gələn dalğalanmalara qarşı Mərkəzi Bank fövqəladə pul siyasəti alətlərini istifadə edərək TL-nin dəyərini sabit saxlamağa çalışıb.

Ötən aylarda faiz endirimi ehtimalı danışılmağa başlanmış, ancaq inflyasiyanın yüksək qalmasına görə faiz endiriməsinə ilin 2-ci yarısından sonra başlanacağı proqnozları güclənmişdir.

Türkiyədə inflyasiyada ciddi və inandırıcı bir geriləmə müşahidə olunmur. İqtisadçılar hesab edirlər ki, bu səbəbdən, 25 Aprel 2019-cu il faiz endirmək üçün çox erkən bir tarixdir.

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch", Türkiyə Mərkəzi Bankının il ərzində 400 bənd faizedəcəyini proqnozlaşdırır:"İqtisadiyyatdakı pisləşmə və inflyasiya təzyiqləri azalarsa hazırda 24%-də olanfaizin bu il 400 bənd endiriləcəyini təxmin edirik". Bu proqnoz reallaşsa Türkiyədə faiz dərəcəsi 20%-ə düşər.

LİRƏ UCUZLAŞIR

ABŞ-ın 8 ölkəyə İrandan neft idxalı üçün verdiyi möhləti uzatmayacağını açıqlaması ilə neft qiymətlərində baş verən yüksəliş, ABŞ ilə Türkiyə arasındakı S400 böhranı, Mərkəzi Bankın ehtiyatlarına dair narahatlıqlar, seçki qeyri-müəyyənliyinin hələ də sona çatmaması və Dollar indeksinin 22 ayın ən yüksək səviyyəsinə yaxınlaşması kimi amillər son dövrdə Türk Lirəsinin (TL) dəyər itirməsinə səbəb olur.

"Marja" xəbər verir ki, bu gün Dollar (saat 08:40-a olan məlumat) 0,3% bahalaşma ilə 5.8903 lirə səviyyəsini, Avro da 0.3% artımla 6.5799 lirə səviyyəsini görüb.

Məzənnənin istiqamətində Türkiyə Mərkəzi Bankının bugünkü faiz qərarı və açıqlaması əhəmiyyətli olacaq.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

Analitiklər bildiriblər, neft qiymətlərində yüksəliş və daxildəki siyasi proseslər də TL üzərində təzyiq yaradan digər amillərdir.

"Commerzbank"dan bildirilib ki, İrandan neft idxalında Türkiyə daxil olmaqla 8 ölkəyə verilmiş sanksiya möhlətinin uzadılmaması Lirə üçün mənfidir.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər