Türkiyə Mərkəzi Bankının ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının (TCMB) statistikasına görə, 3 Mayda, Mərkəzi Bankın valyuta ehtiyatları 651 milyon dollar azalma ilə 72 milyard 633 milyon dollar təşkil edib. Bankın valyuta ehtiyatları, 26 Apreldə bitən həftədə 73 milyard 284 milyon dollar səviyyəsində idi.

"Marja" xəbər verir ki, həmin dövrdə qızıl ehtiyatları 14 milyon dollar azalma ilə 20 milyard 432 milyon dollardan 20 milyard 418 milyon dollara enib.

Beləliklə, Mərkəzi Bankın cəmi ehtiyatları, keçən həftə əvvəlki həftəyə nisbətən 665 milyon dollar azalaraq 93 milyard 716 milyon dollardan 93 milyard 51 milyon dollara geriləyib.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər