Türkiyə milli komandanın baş məşqçisi istefaya göndərildi

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.
"Hürriyət" qəzetinin yaydığı xəbərə görə, federasiya 74 yaşlı rumıniyalı mütəxəssisin bu ilin iyun ayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verib.
"Ay-ulduzlular"ın "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşə tapışırılacağı bildirilir.
Qeyd edək ki, 2017-ci ildən Luçeskunun rəhbərliyi atlında çıxış edən milli 17 oyunun 4-də qalib gəlib, 6-da heç-heç edib, 7 görüşdə uduzub.
Açar sözlər
Türkiyə