“Türkiyə prezidenti mənə “qardaş” deyir, mən isə...”

“Türkiyə prezidenti mənə “qardaş” deyir, mən isə...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məni “qardaş” adlandırır.

Virtualaz.org bildirir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən Ərdoğanı “dostum” adlandırıram. Türk lider mənə “qardaş” deyə müraciət edir. Biz yaxın və doğma insanlarıq. Bir-birimiz başa düşür, bütün beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik. Bizim əməkdaşlıq üçün heç bir qapalı mövzumuz yoxdur”, - o bildirib.

"Bizim üçün çox sayda ölkələrlə, xüsusilə, Türkiyə kimi çox güclü və zəngin ölkə ilə əlaqələr qurmaq olduqca vacibdir... Sizin bizim avadanlıqlarımıza həqiqətən ehtiyacınız var ... Biz yükünü özü boşaldan, orta və kiçik yükqaldırma qabiliyyətli avtomobillər, traktorlar və s. istehsal edirik", - deyə Lukaşenko vurğulayıb.

Belarus liderinin sözlərinə görə, Minsk və Ankaranın digər "ümumi maraqları və təmas nöqtələri də var: bu, İT-müasir texnologiyalar, kimya və neft-kimya sənayesi sektorudur".

Siyasət xəbərləri
Prezident göstəriş verdi: "Ovçular Evi"nin yerində aparılan tikinti dayandırıldı

Prezident göstəriş verdi: "Ovçular Evi"nin yerində aparılan tikinti dayandırıldı

15-04-2019 14:37 - Baku.ws - Siyasət
Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.    Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.   Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.   Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014 tarixli iclasındakı yekun nitqində vurğulamışdı: «Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq.
Virtualaz.org digər xəbərlər