Türkiyə quraqlıq təhlükəsi ilə üzləşir

Türkiyə quraqlıq təhlükəsi ilə üzləşir

Türkiyə ərazisində yanvarın 9-dan başlayan yağıntılı hava şəraiti İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən su hövzələrində suyun miqdarının artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, hazırda şəhəri su ilə təmin edən hövzələrdə doluluq miqdarı 24,66 faizə yüksəlib ki, bu da şəhəri yalnız 19 gün müddətində su ilə təmin etməyə çatır.

Bununla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalini su israfına yol verməməyə çağırıb. Ölkə ərazisində yağışların normadan daha az yağdığını və bundan təəssüf hissi keçirdiyini deyən Türkiyə Prezidenti hazırda ölkənin 100 ildə bir görülən quraqlıq təhlükəsi ilə üzləşdiyini, bunun qarşısının alınması üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Son 18 il ərzində 600 su hövzəsi, 590 hidroelektrik stansiya, 262 içməli su qurğusu və bir çox başqa işlərlə demək olar ki, hər bölgədə su tutumunu ən yüksək səviyyəyə qaldırdıq. Bu sahədə işlərimizi fasiləsiz davam etdirəcəyik. Lakin mövcud mənbələrdən ən yaxşı şəkildə istifadə etməyin yolu qənaət və şüurlu istehlakdır”.

Qeyd edək ki, İstanbulda ötən il ən quraq il olaraq qeydə alınıb. Bu, bir çox problemlərlə yanaşı, şəhər ətrafındakı göl və su hövzələrinin qurumasına da səbəb olub. Doluluq səviyyəsi 19,16 faizədək azalan hövzələrdə hazırda vəziyyətin nisbətən qənaətbəxş olduğu, suyun miqdarının 24,66 faizədək artdığı bildirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Açar sözlər
Rəcəb Tayyib Ərdoğan , Günel Məlikova , Türkiyə , Istanbul
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər
TANAP-la Türkiyəyə 8,4 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

TANAP-la Türkiyəyə 8,4 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

14-01-2021 17:25 - Azertag.az - İqtisadiyyat
Qeyd edib ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağından hasil etdiyi tǝbii qazın Türkiyə ilə yanaşı, Avropaya daşınmasını hədəfləyir: “Azərbaycan təbii qazını Türkiyə və Avropadakı alıcılara etibarlı və sərfəli bir şəkildə daşınması mǝqsǝdilǝ yüksək ötürücülük qabiliyyǝtinǝ malik olan tǝbii qaz boru kǝmǝrinin beynǝlxalq keyfiyyət, peşǝ tǝhlükǝsizliyi vǝ ǝmǝyin mühafizǝsi, sosial və ətraf mühit standartlarına uyğun olaraq tikmǝk vǝ istismar etmǝk missiyası ilǝ fəaliyyətlǝrini davam etdirǝn TANAP ölkəmizin və Avropa İttifaqının (Aİ) təbii qaz təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə töhfə verməyi hədəfləyir. ABŞ-dakı Marketinq və Kommunikasiya Peşəkarları Birliyi (AMCP) tərəfindən mükafatlandırılan və dünyanın ən prestijli mükafat proqramlarından biri kimi tanınan “Communitas”ın "İcma xidməti və korporativ sosial məsuliyyət" mükafatına layiq görülǝn TANAP, eyni zamanda, dünya miqyasında ictimailǝşǝn uğurlu korporativ sosial məsuliyyət layihələrini vǝ kütlǝvi informasiya fǝaliyyǝtlǝrini qiymǝtlǝndirǝn Birləşmiş Krallıqda yerləşən “The International CSR Excellence Awards” tərəfindən "Davamlılıq" kateqoriyasında "Beynəlxalq korporativ sosial məsuliyyət (KSM) mükəmməllik mükafatı", qlobal sǝviyyǝdǝ ən uğurlu ətraf mühit təcrübələrini tanıtmaq, mükafatlandırmaq və inkişaf etdirmək üzrǝ qurulan dünyanın ən nüfuzlu mükafat təşkilatlarından biri olan Birləşmiş Krallıqdakı “The Green Organisation” tərəfindən “Green World Awards” mükafatlarında "Ən yaxşı ətraf mühit tətbiqləri" kateqoriyasında mükafatlandırılıb.