Türkiyə şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək

Türkiyə şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək

Türkiyənin BMC şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək.

Bu barədə "AzeriDefence”ə Türkiyədə keçirilmiş İDEF-2019 sərgisində iştirak edən BMC şirkətindən məlumat verilib.

BMC-nin səlahiyyətli şəxsləriAzərbaycandan alınmış sifarişin sayı və sifariş verilən zirehli maşınların modelləri barədə açıqlama verməyiblər.


Maşınların sifarişçisi Azərbaycanın güc strukturlarından biridir.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunda BMC şirkətinin 4×4 və 6×6 təkər formullu yük maşınları istifadə olunur.

BMC-nin minaya qarşı qorumalı nəqliyyat vasitələrinə "Kirpi”, "Amazon”, "Vuran” kimi modellər daxildir.

Xatırladaq ki, ötən ilin sonlarında BMC Bakı Nəqliyyat Agentliyi ilə də 300 ədəd avtobusun alqı-satqısına dair müqavilə bağlayıb.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

08-05-2019 16:57 - Xeberle.com - Mədəniyyət


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.
Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun "Sumqayıt”, E.Sabitoğlunun "Azərbaycan” və "Heydər Əliyev -95” Respublikası müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında "Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, "Nağaraçılar ansamblı”, "Ümid” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.
O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin "Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun "Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi Azər Əliyevin ifasında Montinin "Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında "Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun ”Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun "Şıdırığı” əsərləri maraqla dinlənilib.
Sonda festival iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.