Türkiyə XİN: Trampı ədalətli olmağa dəvət edirik

Türkiyə XİN: Trampı ədalətli olmağa dəvət edirik
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı çıxışında “böyük fəlakət” mənasını verən “Meds Yeqhern” ifadəsini işlətməsinə etiraz bildirib.
Erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və prezident Trampı ədalətli olmağa dəvət edirik.
Türkiyə XİN-inDonald Trampın açıqlaması ilə bağlı verdiyi bəyanatda belə deyilir.
Nazirliyin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, ermənilərin uydurduğu subyektiv mülahizələrə əsaslanan fikirlərin heç bir dəyəri yoxdur. Tarixdə baş verənlərin siyasi ambisiyalarla şərh olunması qəbuledilməzdir. Həmin dövrdə erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və Prezident Trampı ədalətli olmağa dəvət edirik.
Açıqlamada bildirilir ki, Türkiyə 104 il əvvəl baş verən hadisələrin araşdırılması üçün Birgə Tarixi Komissiyanın yaradılması təklifinin arxasındadır. Bildirilir ki, 1915-ci il hadisələrinə görə məsuliyyət daşıyanları unutdurmaq istəyən radikal ermənilər məsələnin həlli üçün irəli sürülən təklifin gerçəkləşməsinə cəsarət göstərmirlər.