Türkiyədə 11 kürd terrorçu saxlanılıb

Türkiyədə 11 kürd terrorçu saxlanılıb

Türkiyənin Ağrı bölgəsinin Diyadin rayonunda terrorla mübarizə əməliyyatında Kürdüstan İşçi Partiyasının 11 üzvü tutulub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ağrı bölgəsinin qubernatoru açıqlayıb ki, Təhlükəsizlik Müdirliyinin yerli şöbəsi terror təşkilatı PKK-ya işləyən şəxsləri müəyyənləşdirmək və fəaliyyətlərini maneə törətmək üçün addımlar atır.

Anadolu agentliyinin məlumatına görə, Diyadin rayonunda terrorçuların saxlanması üçün bir neçə ünvana eyni vaxtda əməliyyat fəaliyyəti həyata keçirilib. Nəticədə 11 nəfər saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı 2 ədəd АК-47 tüfəngi, 6 ədəd mağaza və 135 güllə, 109 gülləsi ilə 10 ədəd lisenziyası olmayan ov tüfəngi, 55 ədəd patronu ilə birgə lisenziyasız 2 ədəd tapança və bir neçə daxili sənədlər tapılıb.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər