Türkiyədə “Agirin” ləqəbli qadın terrorçu məhv edildi - FOTO

Türkiyədə “Agirin” ləqəbli qadın terrorçu məhv edildi - FOTO
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər veri ki, Türkiyənin Mardin vilayətinin Nusaybin rayonu ərazisində həyata keçirilən “Çınar-101 şəhid çavuş Muhammet Arıkan” adlı antiterror əməliyyatı nəticəsində daha bir təhlükəli terrorçu zərərsizləşdirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, məhv edilən iki qadın terrorçudan biri nazirlik tərəfindən axtarışda olan “Agirin” ləqəbli Hanım Çelik olub.

Onun ələ keçirilməsi üçün hökumət 300 min Türkiyə lirəsi (təxminən 50 min ABŞ dolları) pul ayırmışdı.

Sevinc Əliyeva

Hadisə xəbərləri
Ordu.az digər xəbərlər