Türkiyədə Azərbaycanı təmsil edən idmançılar qalib oldular - FOTOLAR

T
ürkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.
Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. 3 ölkədən 600-dən çox idmançının iştirak etdiyi stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar.
Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar. Belə ki, yarışda 12 yaş qrupu üzrə iştirak edən Nicat Həmidov 1-ci, 15 yaş qrupu üzrə Rza Bayramov və 16 yaş qrupu üzrə Xaqan Əliyev 2-ci yer, 13 yaş qrupu üzrə Kamal Bayramov isə 3-cü yerin sahibi olub.
Qeyd edək ki, Türkiyədə stolüstü tennis üzrə turnirə fevral ayının 22-dən start verilib. Fevralın 24-də isə turnir yekunlaşır.
Açar sözlər
Rza Bayramov
, Kamal Bayramov
, Nicat Həmidov
, Idman Klubunun Mətbuat Xidməti
, Türkiyə
, Azərbaycan