Türkiyənin Bursa vilayətinin Yıldırım mahalında sənaye bölgəsinde fəaliyyət göstərən bir fabrikdə partlayış baş verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 3 işçi ölüb, 2-si yaralanıb.
Partlayışdan sonya yanğın baş verib. Hadisənin səbəbi hələlik məlum deyil.
Hadisə yerində tibbi, yanğınsöndürən, polis və axtarış-xilasetmə qrupları işləyir.