Türkiyədə partlayış: Ölənlər var


Türkiyənin Bursa vilayətindəki sənaye zonasında yerləşən fabriklərdən birində partlayış olub.

Teleqraf.com-un məlumatına görə, ilkin ehtimala əsasən partlayış nəticəsində 3 işçi ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və xilasedicilər cəlb olunub.

Partlayışın səbəbləri araşdırılır.


Açar sözlər
Türkiyə , Bursa
Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər