Türkiyədə xristianların ayininə hücum etmək istəyən terrorçu saxlanıldı

Türkiyədə xristianların ayininə hücum etmək istəyən terrorçu saxlanıldı
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə polisi Çanaqqala şəhərində İŞİD terrorçusunu ələ keçirib.

Məlumata görə, İŞİD üzvünün adı Əbdülkərim Xilaf olub.

“Sözügedən şəxs Yeni Zellandiyadakı hücumlara qarşılıq olaraq Çanaqqalada xristianların ayininə hücum etməyi planlaşdırıb”, - deyə məlumatda qeyd olunur.

Hazırda iş üzrə istintaq davam edir.

Sevinc Əliyeva

Hadisə xəbərləri
Ordu.az digər xəbərlər