Türkiyədə zavodda 80 ton maye polad dağıldı, 11 nəfər yaralandı - VİDEO

Türkiyədə zavodda 80 ton maye polad dağıldı, 11 nəfər yaralandı - VİDEO

Türkiyənin İzmir şəhərində HABAS poladəritmə zavodunda içərisində maye polad olan çənin aşması nəticəsində 11 nəfər yaralanıb. Bu barədə Cumhuriyet məlumat yayıb.

Məlumata görə, istehsalat sahəsində 120 tonluq çən aşıb və 80 ton maye polad yerə dağılıb.

Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yeddi nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər