Türkiyədən Makrona sərt mesaj: "Bunun qarşılığı olacaq"

Türkiyədən Makrona sərt mesaj: "Bunun qarşılığı olacaq"

"Makronun 24 apreli erməni soyqırımının ildönümü günü elan etməsini unutmayacağıq. Fransa prezidentinin işlətdiyi ağır ifadələrin qarşılığı olacaq".

Publika.azxəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

"Erməni sözçüsünün istifadə etdiyi kəlmələr dövlət üslubu olmadığının göstəricisidir. Ermənistan arxivləri açıq deyil, sadəcə erməni iddialarını dəstəkləyən bir qismi açıqdır. Fransa prezidentinin bu davranışını unutmayacağıq", - Aksoy bildirib.

Mətbuat katibi Suriya ilə bağlı məsələlərə dair fikirlərini də bölüşüb: "ABŞ-dan YPG məsələsində Türkiyənin təhlükəsizliyi üçün konkret addım gözləyirik. ABŞ hökumətinin yenidən təhdid dilinə müraciət etdiyini görürük. Lakin bu, nəticə verməyəcək. Təhlükəsiz bölgədən gözləntimiz konkretdir. Türkiyənin nəzarətində olmalı, YPG olmamalı və 32 km məsafə olmalıdır. İdlibdə sakitliyin qorunması məsələsində Rusiya ilə həmfikirik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

Ankara və Vaşinqtonun seçimləri: Türkiyə NATO-da qalacaq, yoxsa Avrasiyaya qayıdacaq?..

26-04-2019 09:55 - Milliyol.az - Siyasət
Tarixin ən uğurlu hərbi ittifaqında kritik dərəcədə önəm kəsb etməyə davam etmək istəyir? Yoxsa ittifaqımızı sarsacaq, düşünülməmiş qərarlar alaraq bu ortaqlığın təhlükəsizliyini riskə atmaq istəyir?”
Pensin sözlərinə Türkiyə adından Prezident köməkçisi Fuad Oqtay eyni üsulla “Twitter”-dən cavab verib:

“ABŞ bir seçim etmək məcburiyyətindədir! Türkiyənin müttəfiqi kimi qalacaq, yoxsa NATO müttəfiqinin düşmənləri qarşısında müdafiə olunmasını heçə sayaraq terrorçularla ortaqlıq qurub dostluğumuzu riskə atmaq istəyir?”
*
Fuad Oqtayın bu konkret cavabı Türkiyə ilə ABŞ arasındakı əsl problemin səbəbi kimi S-400 raketlərinin deyil, ABŞ-ın Suriyada PKK/PYD ordusu qurması və Türkiyənin müdaxiləsinin qarşısını almasını göstərir.
Beləliklə, ABŞ Dövlət katibi Mayk Pompeonun Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşməsinin ardınca ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Paladino verdiyi bir açıqlamada qeyd edib: “Nazir Pompeo regiondakı tək tərəfli türk əsgəri hərəkatının potensial olaraq əzici nəticələri olacağına dair xəbərdarlıq verərkən şimal-şərqi Suriya ilə bağlı davam edən müzakirələrə də dəstək verdiyini bildirib”.
Türkiyə Xarici İşlər Nazirliyi Nümayəndəsi Hami Ağsoy isə bu açıqlamaya cavab olaraq bildirib: “Görüşdən əvvəl qələmə alındığı bəlli olan bu açıqlama həmin görüşün məzmununu tam əks etdirmir”.
*
ABŞ Türkiyəni NATO-dan çıxara bilərmi? Şimali Atlantik müqaviləsinin 13-cü maddəsi belədir:
“Müqavilə 20 il ərzində qüvvədə qaldıqdan sonra tərəflərdən biri sazişdən çıxma bildirişini Amerika Birləşmiş Ştatları hökumətinə verdikdən 1 il sonra razılaşmanın tərəfi olmaqdan çıxa bilər.
Olaylar.az digər xəbərlər