Türkiyəli taksiçidən azərbaycanlı qadına örnək davranış — Foto

Türkiyəli taksiçidən azərbaycanlı qadına örnək davranış — Foto

Türkiyə vətəndaşı azərbaycanlı qadın turistə qarşı sərgilədiyi davranışa görə ölkə gündəminə düşüb.

“Qafqazinfo”nun “IHA”ya istinadən verdiyi xəbərə görə, İstanbulun “Sabiha Gökçen” Hava Limanında taksiyə minən Azərbaycan vətəndaşı avtomobildən düşərkən 10 min TL dəyərində telefonla min dollar pulu unudub.

Bunun fərqinə varan Ertuğrul Duman adlı taksiçi 40 km getdiyi yolu qayıdaraq telefon və pulu Eminönü rayonunda otellərdən birində qalan turistə təhvil verib.

O, sosial şəbəkədə başına gələn əhvalat barədə məlumat yayaraq bütün taksiçiləri bu cür örnək davranış göstərməyə çağırıb.

Hadisə xəbərləri
Qafqazinfo.az digər xəbərlər