Türkiyənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib- Detallar


Türkiyənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib- Detallar

Türkiyənin Ali Seçki Komissiyasının İstanbulda bələdiyyə seçkilərinin ləğv olunması və səsvermənin yenidən aparılması qərarından sonra ölkənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib.

Türk Hava Yollarından verilən məlumata görə, seçkiyə yaxın tarixlərə alınan təyyarə biletlərinin dəyişdirilməsi asanlaşdırılıb. Belə ki, 2019-cu il mayın 6-dan iyunun 26-dək olan tarixlərə alınmış təyyarə biletləri mayın 15-dək, bəzi biletlər isə mayın 31-dək əlavə xərc tələb edilmədən dəyişdiriləcək(azərtac).

Hadisə xəbərləri
Strateq.az digər xəbərlər