“Əqrəb II” kəşfiyyat və müşahidəetmə sistemlərinə uyğun avadanlıqlarla təchiz edilib. Elektrikli hərbi maşın yüksək təsbit və tanıma imkanı ilə əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər.

Elektrik motor və ən son model batareyalarla təchiz edilmiş “Əqrəb II” ənənəvi hərbi maşınlarla müqayisədə yüksək sürəti və səssizliyi ilə seçilir.


