Türkiyənin Fransadakı səfiri:"Azərbaycan məsələnin həllini necə uyğun biləcəksə, Türkiyə də onu qəbul edəcək"


Türkiyənin Fransadakı səfiri:"Azərbaycan məsələnin həllini necə uyğun biləcəksə, Türkiyə də onu qəbul edəcək"

Azərbaycan torpaqları işğaldan azad olunmayanadək Ermənistanla barışıqdan söhbət gedə bilməz”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalı altındakı torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Rəsmi Ankara bu gün də həmin mövqeyində qalır. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək rəsmi Yerevanla barışıq mümkün deyil”.

Səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağmünaqişəsinin nizamlanması istiqamətindəkifəaliyyətinə də toxunub: “Bu günədək münaqişənin həlli üçün Azərbaycan və Ermənistan rəsmiləriarasında bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir vəmünaqişənin nizamlanması istiqamətində baş tutangörüşlərin nəticələrinin uğurluolacağına çox ümid edirik. Azərbaycan məsələnin həllini necə uyğun biləcəksə, Türkiyə də onu qəbul edəcək. Azərbaycana uyğun olan Türkiyəyə də uyğundur. Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

İ.H.Musa vurğulayıbki, Türkiyə Azərbaycanı yalnız Dağlıq Qarabağ məsələsində deyil, digər məsələlərdə də hər zaman dəstəkləyib və dəstəkləyir: “Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərdə Azərbaycan onu müdafiə edir, mövqeyini qoruyur. Azərbaycan olmadığı təqdirdə isə Türkiyə bu vəzifəni üzərinə götürür, onun mənafeyini, maraqlarını qoruyur. Hər ikiölkə tarixi, mədəni, qohumluq əlaqələrinə malikdir, eyni zamanda bu gün xüsusilə böyük və mühüm layihələrdə əməkdaşlıq edir”.

Siyasət xəbərləri

Eldar Əzizov nazirlik, komitə və agentlik rəhbərlərini meriyaya topladı, birgə qərargah yaradıldı - MÜŞAVİRƏ

26-04-2019 14:11 - Cebhe.info - Siyasət
Eldar Əzizov nazirlik, komitə və agentlik rəhbərlərini meriyaya topladı, birgə qərargah yaradıldı - MÜŞAVİRƏ
 26/04/2019 14:11:30 Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindənverilən məlumata görə, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq, paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədi ilə müvafiq tədbirlər görüləcək.

Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb.

Qərargah üzvləri artıq küçələrin və buradakı obyektlərin inventarlaşmasına başlayıblar.

İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb.
Strateq.az digər xəbərlər