Türkiyənin məşhur proqramında yanğın — Video

Türkiyənin məşhur proqramında yanğın — Video

Altı həftədir ki, Star TV-də yayımlanan “Anneler ve Gelinler” adlı yarışmada gözlənilməz hadisə baş verib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, proqramın sonuncu buraxılışının çəkilişi zamanı qəza baş verib.

Belə ki, verilişdə gəlin namizədi qaz sobasını yandırmaq istəyib. Bu zaman anidən böyük alov yaranıb. Qayınana və aparıcı Ezgi Sertel məkandan uzaqlaşıb.

Layihə əməkdaşları təcili çəkiliş meydançasına daxil olaraq yanğının qarşısını alıblar.

Açar sözlər
Star Tv , Türkiyə
Mədəniyyət xəbərləri
DİM-dən əvvəlki illərin məzunlarına müraciət

DİM-dən əvvəlki illərin məzunlarına müraciət

23-04-2019 10:29 - Bizimyol.info - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də: - ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən; -tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən; -tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən; -xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan; - 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı; -orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Qafqazinfo.az digər xəbərlər