"Türksat 5A"nın kosmosa göndəriləcəyi tarixi məlum olub

"Türksat 5A"nın kosmosa göndəriləcəyi tarixi məlum olub

"Türksat AŞ" peykigələn ilin ikinci rübündə kosmosa buraxılacaq

"Türksat AŞ" şirkətinin Baş direktoru Cenk Şen, "Türksat 5A" peykinin, gələn ilin ikinci rübündə kosmosa buraxılmasının planlaşdırdığını bildirib.

Milli.Az marja.az-a istinadən bildirir ki, Şen, ""Türksat 5A" peyki, bir problem olmasa, 2020-ci ilin ikinci rübündə ABŞ-ın Florida ştatındakı kosmodromdan kosmosa göndəriləcək" - deyib.

"Türksat AŞ"nin Baş direktoru hazırda Türkiyənin 3 peykinin olduğunu, "Türksat 5A", "Türksat 5B", Türkiyənin ilk yerli və milli peyki "Türksat 6A"nın tikintisi işlərinin isə davam etdiyini deyib.

loading...

İKT xəbərləri
Pia.az digər xəbərlər