Uber 1 milyard dollar investisiya əldə edəcək

Uber 1 milyard dollar investisiya əldə edəcək

Uber şirkəti özünün pilotuz avtomobillər texnologiyası ilə məşğul olan Uber Advanced Technologies şöbəsinə 1 milyard dollar dəyərində investisiyanın yatırılması üzrə yaponiyalı investorlarla razılığa gəlib. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. İnvestorlar qismində SoftBank holdinqi, Toyota şirkəti və avtomobil hissələrinin istehsalı ilə məşğul olan Denso şirkəti çıxış ediblər. Bu şirkətlərdən hər biri investisiya raundunda təqribi olaraq 333 milyon dollar investisiya yatıracaqlar. İnvestorlar Uber Advanced Technologies şöbəsini 7.25 milyard dollar dəyərində qiymətləndiriblər.

Milli.Az technote.az-a istinadən bildirir ki,SoftBank holdinqi ilə Toyota şirkəti artıq uzun müddətdir ki, Uber-in əsas biznesinin investorları qismində çıxış edirlər. Bu müqavilə onu göstərir ki, Uber özünün bahalı layihələri üçün xarici investorları cəlb edə bilir. Öz IPO-nun keçirilməsi üçün sorğunu göndərən zaman Uber həmin sorğuda xəbərdarlıq etmişdi ki, pilotsuz avtomobillər texnologiyasının yaradılması çox bahalı, qəliz prosesdir və nəticədə heç bir uğura nail olunmaya bilər. 2018-ci ildə şirkət bu sahədəki tədqiqatlarına 457 milyon dollar xərcləmişdi. 2016-cı ildə işə salınmış bu proqramın ümumi xərcləri isə 1 milyard dolları keçir.

Tərəflər yeni müaviləni bu ilin üçüncü rübündə bağlamağı planlaşdırırlar. Müqavilənin bağlanması nəticələrinə əsasən pilotsuz avtomobillər şöbəsi ayrıca hüquqi struktur kimi çıxış edəcək Advanced Technologies Group-a daxil ediləcək. Advanced Technologies Group isə Uber-in idarəetməsində qalacaq. Bununla yanaşı Advanced Technologies Group özünün direktorlar şurasına sahib olacaq. Həmin direktorlar şurasına nümayəndələrdən altısını Uber şirkəti, yerdə qalan iki nəfərdən hər birini isə Toyota ilə SoftBank təyin edəcəklər. Qeyd etmək lazımdır ki, Uber şirkəti may ayının əvvəlində Nyu York birjasında olacaq IPO-na hazırlaşır. Məlumata əsasən şirkət 90-100 milyard dollar bazar dəyərləndirməsi fonunda 10 milyard dollar investisiya cəlb etməyi ümid edir.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər