Üç övladını anasız qoyan müəllimin görüntüsü yayıldı - FOTO

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.
www.anews.az
Anews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəllimidir.

loading...
Açar sözlər
Aysel Dadaşova
, Salyan