Ucalıq və xeyirxahlıq zirvəsi - Zərifə xanım Əliyeva

Ucalıq və xeyirxahlıq zirvəsi - Zərifə xanım Əliyeva

YAP Sabunçu rayon təşkilatında görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

Dünən YAP Sabunçu rayon təşkilatında görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Rayon təşkilatının sədri Mehriban Abasquliyeva görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolundan danışaraq bildirib ki, hər bir azərbaycanlı üçün o, kamillik və müdriklik məktəbidir: "Zərifə xanım Əliyeva böyük bir missiyanı da yerinə yetirib. Vaxtilə, Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub".M.Abasquliyeva akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən də danışaraq bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır: "Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır".Tədbirdə YAP Sabunçu rayon təşkilatının qadınlar şurasının sədri Ramidə İbrahimova görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən söz açaraq bildirib ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.Tədbirdə Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədova, YAP Sabunçu rayon təşkilatının sədrinin müavini Bəxtiyar Qasımov, 22 saylı uşaq poliklinikasının həkimi Könül Məmmədova, veteran müəllim Əminə Hüseynova və başqaları çıxış edərək vurğulayıblar ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.Sonda bir qrup partiya üzvlərinə ictimpi-siyasi işlərdə fəal iştirak etdiklərinə görə rayon təşkilatının fəxri diplomları təqdim olunub.

RƏFİQƏ KAMALQIZI

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər