Ucarda indiyədək 58591 nəfər kütləvi tibbi müayinədən yararlanıb

Ucarda indiyədək 58591 nəfər kütləvi tibbi müayinədən yararlanıb

Ucar, 26 aprel, AZƏRTAC

Ucar rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq 58591 nəfər bu humanist aksiyadan yararlanıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən aksiya əhali tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanıb. Rayon üzrə 62751 nəfərin bu humanist aksiyadan yararlanması nəzərdə tutulur.

Fevralın 12-dən İndiyədək müayinə olunanların 30105 nəfəri ambulator, 84 nəfəri stasionar müalicəyə cəlb edilib. 21 nəfərin üzərində cərrahiyyə əməliyyat aparılıb. 15 nəfər isə müayinə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Zərifə Əliyeva adına Qazıqumlaq və Bərgüşad kənd xəstəxanalarında aparılır. Ayrı-ayrı sahələr üzrə ixtisaslı həkimlərdən təşkil olunan 3 səyyar briqada səhiyyə ocaqlarına gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.

Açar sözlər
Ilham Əliyev , Zərifə Əliyeva , Ucar
İqtisadiyyat xəbərləri
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

26-04-2019 15:11 - Azertag.az - İqtisadiyyat
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.
Azertag.az digər xəbərlər