Uçot dərəcəsi endirildi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9 faizdən 8,75 faizə endirilməsi barədə qərar qəbul edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, faiz dəhlizinin yuxarı həddi 10,75 faiz, aşağı həddi isə 6,75 faiz müəyyən olunub.
Bu ilin mart ayında 12 aylıq inflaysiya 2,5 faiz olub. Bu da MB-nin hədəf dairəsindədir.
Açar sözlər
Elman Rüstəmov
, Azərbaycan Mərkəzi Bankı