UEFA ÇL-də böyük oyunu türk hakimə tapşırdı

UEFA ÇL-də böyük oyunu türk hakimə tapşırdı

Çempionlar Liqasının dörddə bir final mərhələsi çərçivəsində “Mançester Siti” ilə “Tottenhem” arasında keçiriləcək cavab qarşılaşması türk hakimlərə həvalə edilib.

Axar.az xəbər verir ki, bu barədə UEFA açıqlama yayıb.

17 apreldə “Siti of Mançester” stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Cüneyd Çakır təyin edilib. Qarşılaşmada Çakıra Bahaddin Duran və Tarık Onqun yardım edəcək.

Oyunun dördüncü hakimi isə Portuqaliya Futbol Federasiyasından Artur Soares Diaz olacaq.

İdman xəbərləri
Axar.az digər xəbərlər