UEFA Neymarı 3 oyunluq cəzalandırıb- Bu səbəbdən

UEFA Neymarı 3 oyunluq cəzalandırıb- Bu səbəbdən

“Report”un məlumatına görə, buna səbəb 27 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 finalında evdə İngiltərə “Mançester Yunayted”i ilə görüşdə hakimləri təhqir etməsidir.

Braziliyalı oyunçu 2019-2020 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Parisdəki görüş PSJ-nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fransa təmsilçisi İngiltərədəki qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələyə yüksələ bilməyib.

İdman xəbərləri
Strateq.az digər xəbərlər