UEFA “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusunu üç oyunluq cəzalandırıb

UEFA “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusunu üç oyunluq cəzalandırıb

Bakı, 26 aprel, AZƏRTAC

UEFA Fransanın “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymara üç oyunluq cəza verib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir, buna səbəb iyirmi yeddi yaşlı futbolçunun Çempionlar Liqasının səkkizdəbir finalında İngiltərənin “Mançester Yunayted” komandası ilə görüşdəki penalti epizoduna görə hakimləri təhqir etməsi olub.

Braziliyalı oyunçu 2019-2020-ci illər mövsümündə bu mötəbər yarışın qrup mərhələsinin ilk üç oyununda komandasının heyətində çıxış edə bilməyəcək.

Qeyd edək ki, Fransada keçirilmiş qarşılaşmada PSJ rəqibinə məğlub olmuşdu.

İdman xəbərləri
Azertag.az digər xəbərlər